Aeroport yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - 6 yaralı+ Fotolar
- 24.05.2021, 16:25,
- Hadisə / Kriminal
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.
BNA-nın məlumatına görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
"Qanunyolu.info.az", “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata istinadən, “Mercedes Vito”da olan 9 nəfərdən 2-si vəfat edib. Digərləri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən bildirilib ki, Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib. 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.Fotoda: “Mercedes Vito”nun sürücüsü
