Hörmətli oxucularımız və izləyicilərimiz. Bu dəfə sizlərə 1993-cü ildə torpaqlarımızın azad olması uğrunda erməni qəsbkarlarına qarşı qəhrəmancasına mübarizə aparan Şəhid Oktay Nazim oğlu Əliyev haqqında yazıb məlumatlandıracayıq.Şəhid Əliyev Oktay Nizam oglu 18-05-1963 cü ildə Baki şəhəri Əmircan qəsəbəsində anadan olub. O, 4-cü sinfə kimi Əmircan qəsəbəsində 114 saylı məktəbdə oxuyub. Orta təhsilini Nərimanov rayonunda Ərəb, Fars təmayüllü gimnaziyada davam etdirərək, oranı fərqlənmə ilə bitirib.
Daha sonra Oktay Moskva şəhərinə gedib bizneslə məşqul olub. Sonra azərbaycana qayıdaraq ali məktəbə, İqtisad institutuna qəbul olub. Oktay Əliyev əhsilini dondurub, hərbi xidmətə gedib. Hərbi xidmətini Moskva şəhərində başa vurub qayıdandan sonra, həm oxuyub, həm də işləməyə başlayıb. O, 8 saylı dəmir-beton zavodunda işə düzəlib. İşində fərqləndiyinə görə, zavod drektorunun köməkçisi, almatur, sement sexinin məsul işçisi kimi işləyibdir.
1990-cı ildə ailə həyatı qurub. O, yenə də ali təhsilini yarımçıq qoyaraq,1-ci Qarabag müharibəsinə torpaqlarımızın erməni faşiştlərindən azad etməyə haqq savaşına könüllü olaraq qatılmış 704 ,777, 703 saylı N hərbi hissələrdə xidmət aparmış və Agdam, Agdərə, Fizuli, Laçın, Cəbrayıl və.s. rayonlarda döyüşüb. Döyüşlərdə fərqləndiyinə görə, (
Qrat Otkay ləgəbi ilə tanınıb)
10-12-1993-cü ildə Beyləqan rayonu uğrunda gedən döyüşlərdə düşmənə qarşı savaşmış, qəhrəmanlıq göstərmiş və döyüşdən sonra itkin düşmüşmüşdür. Sonra Oktay Əliyevin talış batalyonunda döyüşdüyünü eşitsəkdə, axtarışlardan sonra 22-12-1993-cü ildə Cəbrayıl rayon ərazisində erməni işqalı altında olan səngərdən Oktay Əliyevin nəşini və onunla bərabər 4 nəfər erməni cəsədinidə tapmişdilar.
Cəsədlərdən məlum olmuşdur ki, (Oktay Əliyevin salamat qalan yalnız bir qolu olub ki, saatından tanınıb) elə buna görə də qumbaranın Əliyev Oktayın partlatdıgı bilinmişdi. Əsir düşdüklərini gördükdə əlində olan qumbarani partladıb. Sonralar onlarla birlikdə olan, sag qalan 6 nəfər Azərbaycan hərbiçisi Əliyev Oktayın erməniləri məhf edərək onları əsir düşməkdən xilas etdiklərini təsdiqləmişdir.
Oktay Əliyev özü ilə birlikdə 4 erməni əsgərinidə məhv etmişdi. Digər hərbiçilərimizin isə həyatını xilas etmişdir. 22-12-1993-cü ildə çox çətinliklərlə Oktayın nəşini gətirə bildik. O, and yerimiz olan "Şəhidlər Xiyabanı"nda dəfn olunub.
Döyüslərdə göstərdiyi sücaəti nəzərə alib ona Milli Qəhrəman adi ilə təltif olunmasi barədə vəsadət qaldirilsada müəyyən məslələrlə bağlı prosses yarımçıq qaldı. Hal-hazırda Suraxanı rayonunda Əliyev Oktay adına küçə ve yaşadığı binanın qarşısında baralefi movcuddur. Azərbaycan Respublikası xatire kitabı, "Qızıl qan" kitabı, Əmircan Şəhidləri, Binəqədi Şəhidləri və.s. kimi kitablarda keçdiyi döyüş yolu barəsində məlumat öz əksini tapmışdır.
Ailləli idi hal-hazırda bir oğlu, 2 nəvəsi var. Həyat yoldaşı Nəsibə xanım Əliyeva hal-hazırda Suraxanı Rayon İcra Hakimiyyətində İctimai Şöbənin üzvü, "Respublika Qadınlar Cəmiyyəti və Şəhid Ailələri Müdafiə Cəmiyəti"nin Suraxanı Rayon Şöbəsinin sədridir. Oğlu-Əliyev Nizaməddin Oktay oğlu hərbçidir, PTX də zabit rütbəsində xidmət edir. Oktayın atası- Əliyev Nizam Şərif oglu 2-ci Vətən müharibəsi iştirakçısı idi. O, Oktay Əliyevin 6 yaşı olanda dünyasını dəyişıb. Anası- Əliyeva Həqiqət isə 2009-cu ildə dünyasını dəyişib.
"Qanunyolutv.az" Arif Süleymanlı