Leyla Məmmədova: Heydər Əliyev elm və təhsilin himayədarı idi

Leyla Məmmədova: Heydər Əliyev elm və təhsilin himayədarı idi

Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla Məmmədova


Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.
Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.
HEYDƏR ƏLİYEV


Ümummilli liderimiz Heydər Əliyevin keçmişindən və Onun çoxsahəli fəaliyyətləri nəticəsində Azərbaycan dövləti, xalqı üçün əldə etdiyi nailiyyətləri haqqında çox danışıb, yazmaq olar.

Bəli, dahi şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan dövləti müstəqil dövlət olub, dünya miqyasında tanındı. Məhz Onun işgüzar əməyi nəticəsində artıq Azərbaycanın müstəqil ordusu, konstitusiyası və Beynəlxalq aləmdə nəzərdə tutulmuş dövlət quruluşu, iqtisadiyyatı və bir sözlə müqəddaratını həll edə biləcək dövlət siyasəti vardır. Düzdür bu yollarda, bu illərdə çox çətinliklər oldu.Lakin həmişəyaşar liderimiz Heydər Əliyev bütün bu çətinliklərə sinə gərərək, dünyada Azərbaycanın necə güclü dövlət olmasını sübut etdi.

Xalqımızın lideri Heydər Əliyevin çoxsahəli fəaliyyətindən danışarkən, Onun mədəniyyətə olan sevgisi, bu sahədə dərin və kamil biliklərə malik olmasını da xüsusilə qeyd etmək lazımdır. Hələ orta məktəbdə oxuyarkən, Naxçıvan şəhərinin tarixi abidələri, qədim mədəniyyəti ilə dərindən maraqlanan gənc Heydər müşahidələr aparır, qocaların söhbətinə qulaq asır, doğma xalqının keçmişinə ciddi maraq göstərirdi.

Heydər Əliyev həmişə öz xalqına güvənən və bu güvənlə, inamla da Öndər bir şəxsiyyət kimi Azərbaycan dövlətinin çiçəklənməsinə, yüksək inkişafına kömək etmişdir. O, təsadüfən deməmişdir: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram.”

Ulu öndər Heydər Əliyev həqiqətən də öz ömrünü Azərbaycan dövlətinin inkişafına, suverenliyinə və müstəqilliyinə sərf etmişdir. Gənc nəslimiz üçün böyük nümunə və örnək olan dahi şəxsiyyət məhz bu nəslin müstəqil və yüksək nailiyyətli olması üçün ölkəmizdə hər cür şəraitin yaradılmasına böyük şəraitlər yaratmışdır. O, hər zaman gənclərimizə öz dövlətini necə qorumağı, sevməyi, öz doğma Ana dilimizi hər bir dildən yüksək tutmağı, dövləti üçün belə yüksək fikirli və xalqına layiq vətəndaş olmağı tövsiyyə etmişdir. Gənclərimizin bu cür formalaşması üçün əlindən gələni edən Heydər Əliyev həmçinin dövlətdən kənarda da təhsil alan, yaşayan vətəndaşlarımıza belə köməklik edib.

Mədəni irsə məhəbbət və bağlılıq Heydər Əliyevin bütün ömrünün qayəsi olaraq qalmış, memarlığa olan şərəfi və səadəti də məhz Ona – xalqımızın dahi oğluna nəsib olmuşdur. Ömür yolunun bütün məthələlərində qurub – yaratmaq amalı ilə yaşayan Heydər Əliyev Azərbaycan Milli mədəniyyətinin qorunmasına və inkişafına əvəzsiz töhfələr vermişdir.

Dövlət Təhlükəsizlik sistemində fəaliyyət göstərdiyi illlərdə Heydər Əliyevin şəxsi himayədarlığından bəhrələnən çoxsaylı mədəniyyət xadimləri sürgünlərdən, həbslərdən kənarda qalmaq imkanı əldə etmiş, imperiya məngənəsində sıxılmaq, əzilmək əzabından qurtulmuşlar.

Heydər Əliyevin himayədarlığı mədəniyyətimizə “60 – cılar“ kimi daxil olmuş böyük bir nəslə münasibətdə özünü daha qabarıq göstərmişdir. O, Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra “60 – cılar”- ın daha da püxtələşməsi, ittifaq miqyasında tanınması, əsərlərinin müxtəlif dillərə tərcümə olunub çap edilməsi üçün böyük imkanlar yaratmışdır. Bütün bunlara nail olmaq üçün xalqımızın müdrik və təəssübkeş oğlu gecə - gündüz çalışmış, bilik və bacarığını, təşkilatçılıq qabiliyyətini səfərbər etmişdir.

Əgər bu gün bir vətəndaş könüllü olaraq siravi orduya yazılaraq torpağını qorumağa gedirsə, bir gənc müxtəlif xalqlar arasında öz dilində çıxış edirsə, əgər bir vətəndaş dövlətdən kənarda öz xalqını lazımınca təmsil edirsə və ən əsası bir uşaq öz torpağının hər qarışını belə sevib qiymətləndirirsə, əlbəttə bu böyük sevincdir və əlbəttə ki, bu sevinci Azərbaycan xalqına bəxş edən ölməz liderimiz Heydər Əlirza oğlu Əliyev olubdur.

Müstəqil dövlətimizin artıq güvənli bir əldə olduğunu, bu güvənlə xalqımız – yaşlı, gənc, orta, əsasəndə uşaqlarımız gələcəyə böyük inamla baxır və irəliləyirlər. Çünki müstəqil Azərbaycan dövlətinə başçılıq edən hörmətli, Ali Baş Komandan, zəfər sevincini bizə yaşadan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev unudulmaz liderimiz Heydər Əliyev siyası kursunun davamçısıdır.

Heydər Əliyev bu fəaliyyəti tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək Müstəqil Azərbaycanın möhkəm bünövrəsini, sonrakı nəsillərin isə xoşbəxt və firavan həyatının təməlini qoymuşdur. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, bu gün Heydər Əliyev dühasının qayıdışı kimi qeyd ediləcək və daima xatırlanacaqdır.

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq. Azərbaycan xalqı və dövləti mövcud olduqca Heydər Əliyevin dövlərçilik irsinə daim müraciət ediləcək və Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi olaraq yaşayacaqdır!

HÖRMƏT VƏ EHTİRAMLA ANIRIQ!

Bərdə şəhər 10 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri
Leyla Məmmədova
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter