Yardımlıda BİABIRÇILIQ: Vətəndaşların yardımı mənimsənilib
- 29.04.2020, 02:44,
- Gündəm / Cəmiyyət / Bölgə
Baxılıb: 119
Facebook
Вконтакте
Одноклассники
Google+

Yardımlı rayonundan bir qurup vətəndaşlar "Qanunyolu.info.az", "Dosye.org" saytına istinadən elektron ünvanına şikayət məktubu ünvanlayıb. Vətəndaşlar məmur özbaşınalıqlarından və digər məsələlərdən narazıdırlar. Məktubun məzmunu ilə sizi tanış edirik:Yardımlı rayonundan yazıram yazıb bildirirəm ki, son günlər Karantin rejimi ilə bağlı imkansız ailələrə Heydər Əliyev fondu tərərfindən göndərilən yardımlar eytiyacı olan vətəndaşlara çatdırılmır. Başçının birinci müavini- Azər Yüsüb oğlu Xamiyev, Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev, Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Camaləddin qızı Mammədova, Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov, eləcədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir Qaraxan oğlu İmanov tərəfindən tərtib edilmiş saxta siyahı əsasında kimlərə yardm verilməsini həyata keçirirlər. Nəzərinizə çatdırım ki, yardımlar tənha, kimsəsiz, qayğıya eytiyacı olan vətəndaşlara verilmir. Yeni bir üsul tapıb cənab başçıyla müavinləri. Yeyilən yardımların və narazılığın artmasının qarşısını almaq məqsədi ilə 30 ərazi nümayəndəliyinə tapşırıq verilib ki, şəxsi hesabınıza 11 yardim paketi alıb vətəndaşlara paylansın. Maraqlı məqam ondan ibarətdir ki, Yardımlı RİH-i başda olmaqla müavinləri 1400 manat əmək haqqı alır, hər rüb dövlət büdcəsindən mükafat alır, lakin 400 manat əmək haqqı alan ərazi işçiləri necə 11 karopka yardım alıb kasıb təbəqəyə paylasın? Yardım payınında 1 ədədinin qiyməti 50 manatdır. 11 ədəd yardım payının qiymətidə 550 azn təşkil edir. 30 ərazinin də 11 ədəddən götürəndə 16500 azn edir. İcra nümayəndəsi aldığı əmək haqqı ilə bu qədər payı necə verə bilər? Bu haqsızlıq nə vaxta kimi davam edəcək? Yardımlı RİH-i bu neqativ əməllərini çoxmu davam etdirəcək? Ayaz Əsgərov 2016-cı ildən Yardımlı rayonuna başçı təyin olunubdur.Təyin olunduğu gündəndə o, dövlət vəsaitini talan etməklə öz rifahını yaxşılaşdırmaq olubdur. Bir neçə gündür ki, Yardımlı rayonu Ostayır kəndində bu faktlar var və bu faklarla bağlı İcra başçısı yalandan səs-küy qopardır ki, müavinlərin ərizələri alınsın. Lakin başçının bu göstərişinə baxmayaraq adı hallanan məmurlar hələdə öz vəzifələrini icra etməkdə davam edirlər.
Hörmətli redaksiya, Yardımlı rayonunda məmur özbaşınalığı davam edir. Bütün haqsızlıqların başında duran isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyevdir. Sizlərdən xahiş edirik ki, səsimizi dövlət qurumlarına çatdırasınız.
P.S. Sonda "Qanunyolu.info.az" mövzunu bu sözlərlə bitirir: "Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırlar, onlara düşən vəsaiti və kasıbların pullarını mənimsəyirlər, beləliklə talançılıqla məşğuldurlar".
İlham ƏliyevCənab Prezidentimiz də belə haqsızlıq edənlərin, qanunu pozanların, rüşvətxorların cəzalarını verir və bundan sonrada verməkdə davam edəcəkdir.
