"Qanunyolu.info.az" kollektivi təbrik edir
- 15.03.2022, 21:35,
- Gündəm / Sosial / Səhiyyə / Xəbər
Baxılıb: 166
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli izləyicilərimiz və dəyərli oxucularımız. Bu dəfə biz sizlərə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda çalışan sadə, mehriban, xəstələrin və həkimlərin hörmətini qazanan Ələkbərova Sevinc xanımdan qısaca danışacayıq.Ələkbərova Sevinc 16 ilə yaxın aptekdə əzcaçı kimi fəaliyyət göstərmişdir. Hal-hazırda isə Sevinc xanım Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim köməkçisi vəzifəsində çalışır.
Bizdə bu gün həmişə olduğu kimi Vətənə, xalqa, millətə, dövlətə layiqli xidmət edən, işlədiyi kollektiv arasında hörmət qazanmış, işinin öhdəsindən layiqincə gələn Sevinc xanımı kollektivimiz adından "İlaxır çərşənbə" günü münasibətilə səmimi qəlbdən təbrik etdik, başda şöbə müdiri Fatimə xanım olmaqla Sevinc Ələkbərovaya və bütün personal işçilərə həyatda daima işlərində uğurlar, xoşbəxtlik, ruzi-bərəkət və yurdumuza, elimizə qədəm qoyan baharın onlara hər an xoş müjdəli xəbərlər gətirməsini arzuladıq!
P.S. Onu da qeyd edim ki, Sevinc xanım təvözarkar xanım olduğu üçün haqqında yazmağımızı istəmədi. Amma çalışacayıq ki, növbəti yazılarımızda onun haqqında ətraflı yazıb sizlərə çatdıraq əziz oxucularımız. Sonda isə Sevinc xanıma kollektivimiz adından hazırladığımız Novruz hədiyyəsini xatirə olaraq təqdim etdik.
BAYRAMINIZ MÜBARƏK!"Qanunyolu.info.az" Arif Süleymanlı
