AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

Martın 12-də Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə regionda yaşayan sahibkar qadınların şəbəkələşməsi, biznes fəaliyyətlərinin genişləndirilməsi məqsədilə “Regionda Qadın Sahibkarlar üçün yeni fürsətlər və şəbəkələşmənin genişləndirilməsi” adlı konfrans keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, konfransda Şəmkir və ətraf rayonlarda yaşayan sahibkar xanımlar iştirak ediblər. Öncə video çarx şəklində AQSİA-nın hesabatı İştirakçılara təqdim olunub. Daha sonra AQSİA və KOBİA haqqında təqdimatlar olub.
AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

Konfrans çərçivəsində sahibkar xanımlara ödənişsiz müxtəlif səyyar konsultasiya xidmətləri göstərilib. Tanınmış təlimçilər Rövşən Əhmədov hüquqi dəstək, Əliyev Mehman vergi uçotu, Maarif Quliyev rəqəmsal biznes, Ağgül Əhmədova isə təhsil platforması ilə bağlı iştirakçılara təlim keçiblər.

Konfransda çıxış edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, Assosiasiyanın hədəfi bölgələrdə qadın sahibkarlığının inkişafıdır və bu istiqamətdə vacib layihələrin həyata keçirilməsi davam etdirilir. Assosiasiya rəhbəri bütün bölgələrdə qadınların ciddi potensialının olduğunu və bu potensialın realizə edilməsində AQSİA-nın qadınlara hər zaman dəstək olduğunu diqqətə çatdırıb.
AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

Daha sonra AQSİA İcraçı katibi Mətanət Ağamirli, İdarə Heyətinin üzvləri Pərvanə İsgəndərova, Afət Həsənova çıxış edərək gənc sahibkarları, sahibkar olmaq istəyən xanımları maraqlandıran sualları cavablandırıblar.

Sonda bir neçə AQSİA üzvü uğurlu sahibkarlıq fəaliyyətinə görə Assosiasiyanın təşəkkürnaməsi ilə təltif olunub. Şəmkir və qonşu rayonlarda yaşayan qadınların əl işlərindən ibarət satış sərgi də nümayiş edilib.
AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

P.S.Məndə fürsətdən istifadə edib "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq başda Səkinə xanım olmaqla onun rəhbərlik etdiyi bütün fədakar işçilərinə işlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayıram.
AQSİA və KOBİA Şəmkirdə H.Əliyev mərkəzində Qadın Sahibkarlarla konfrans keçirib

"Qanunyolu.info.az"
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter