Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Ümumi - Cərrah Koloproktoloq Dr.Türkan Gündüz

Bu gün bunlar hər bir azərbaycanlının qürur hissi ilə, sevinc göz yaşları ilə bütün dünyaya dediyi ifadələrdir. Əminliklə deyə bilərik ki, bunları deməyə hər bir azərbaycanlının haqqı çatır. Çünki bizim Ordumuz, xalqımız və sərkərdəmiz hər hansı bir ölkənin, xalqın torpağını işğal etmək uğrunda döyüşlərdə deyil, vətənpərvərliyin, igidliyin, cəsurluğun və sevginin ən uca zirvəsi olan doğma yurd, torpaq uğrunda, ədalətin bərpa olunması uğrunda aparılan mübarizədə qalib gəlmişdir.

Biz düz 30 il həsrətlə bunu gözlədik. Atəşkəs əldə olunduğu 27 il müddətində səbir, dözümlülük nümayiş etdirdik. Dünyanın ən ali beynəlxalq təşkilatlarının, orqanlarının çıxardıqları Qətnamələrin, qəbul etdikləri Qərarların icrasında, haqq-ədalətin bərpa olunmasında qanunların aliliyinə hörmətin olduğuna inandıq. Sözün qüdrətinin silahın gücündən üstün olmasına inandıq. Lakin bir şeyi unutmuşduq-qarşımızdakı düşmənin insan övladına xas olmayan vəhşiliyini. Qarşındakı düşmən mərd olanda ölmək və öldürmək eyni hisslər yaşadır insanda. Amma bu gün şanlı Azərbaycan əsgəri cəbhə xəttində düşməni Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "iti qovan kimi qovur". Bu gün Azərbaycan əsgəri düşmənlə onun "dilində danışmaq"la kim deyil, nə olduğunu ona sübut edir.

Hər bir xalqın tarixində qürurverici, yadda qalan günlər olur. Son günlər cəbhə boyu əks hücuma keçən Azərbaycan əsgəri Azərbaycanın şanlı tarixini yazmaqdadır. Bu gün Azərbaycan əsgəri 30 il həsrətlə gözləyən Cəbrayıllıların, onlarla kənd və yaşayış məskənimizin sakinlərinin qəlbindəki ümidi gözlərindəki sevinc yaşları ilə əvəz etdi. Bununla yanaşı, əsgərimiz, təkbaşına bütöv bir orduya qarşı hücuma atılaraq düşməni darmadağın edib qanına qəltan edən Mübarizin şəhid olduğu məkanda bir daha ermənini qanına boyayaraq qəhrəmanımızın valideynlərinə təskinlik verdi.
Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Əslində əsrlər boyu düşmən təcavüzünə məruz qalan xalqımız tarixin bütün sınaqlarından üzüağ çıxmışdır. "Qəhrəmanları tarix yetişdirər" - deyiblər. Bu gün qəhrəmanlıq salnaməsi yazan Azərbaycan əsgəri ata və babalarımızn tarix boyu dastanlara çevrilən igidlik kitablarına yeni səhifələr artırırlar. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri dəfələrlə NATO sülhməramlıları ilə birgə dünyanın ən qaynar nöqtələrində sülhün, ədalətin bərpa edilməsində, atəşkəs rejiminə əməl olunmasında, günahsız insanların həlak olmasının qarşısının alınmasında iştirak edib. Bu gün bu missiyanı öz torpağında yerinə yetirən Azərbaycan əsgərinin heç bir hərbi dəstəyə ehtiyacı yoxdur. Daim regionda sülhün təminatçısı qismində çıxış edən qardaş Türkiyədən yalnız mənəvi dəstək alan xalqımız və igid oğullarımız düşmənə ağır zərbələr vurmaqla güc üstünlüyünün Azərbaycan tərəfində olduğunu nümayiş etdirdilər.

Son günlər cəbhə boyu yaşanan hadisələr, 30 il müddətində beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətinə göz yumması nəticəsində düşmənin bundan istifadə edərək hərbi qulluqçularla yanaşı mülki vətəndaşlarımızın ölümü ilə nəticələnən çoxsaylı təxribat xarakterli hücumlarına verilən adekvat cavabdır. Oktyabr ayının 4-də xalqa müraciəti zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi - "Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir".
Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Vətən müharibəsi Azərbaycanın Ermənistana qarşı hərbi əks hücum əməliyyatları Xeyrin Şərə qarşı mübarizəsi kimi dəyərləndirilə bilər. Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda haqq savaşına qalxdı. Dünyaya multikulturalizmin və tolerantlığın, mədəniyyətlərarası dialoqun mərkəzi sayılan Azərbaycanın tarixi yurd yeri olan Şuşada, Xankəndidə, digər işğal altında olanda ərazilərimizdə tarixi abidələrimiz dağıdılırdı, məscidlərimiz sökülürdü. Bütün bunlar xalqımıza qarşı təhqir idi. Xalq öz dövlətinin yeni tarixini yazdı. Bu gün tarixi ədalət bərpa olundu. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi - "Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır".

Bu günlərdə xalqımızın öz əsgərinə, öz liderinə inamı, dəstəyi, ruh yüksəkliyi və ordumuzun döyüş qabiliyyəti, qüdrəti çox yüksəkdir. Bu gün xalq-ordu-dövlət birliyi Azərbaycanı daha da güclü edib. Allah sizi qorusun Azərbaycan əsgəri! Ali Baş Komandanın rəhbərliyi altında daim irəli!!! Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Şanlı Azərbaycan Ordusunun səyləri ilə tariximizə növbəti şanlı səhifəsini yazdı. Belə ki, müqəddəs Vətən torpaqlarımız az qala 30 illik həsrətdən sonra Ermənistan ordusunun işğalından azad edildi. Azərbaycan Ordusunun zəfər yürüşləri hər bir azərbaycanlının qəlbini dağa döndərir. Qürur, fəxr, fərəh hissləri yaşayan xalqımız nəhayət ki, qələbə zəfərini qeyd etdi.
Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Bəli, Azərbaycan xalqı bu gün tək yumruq kimi birləşərək Ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşib. Ümumiyyətlə bu günlərdə hər birimizi qürurlandıran, ümidləndirən məqamlar kifayət qədər çoxdur. Bunlardan ən əsası ölkəmizdə möhkəm birliyin və bərabərliyin olmasıdır. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrinə müntəzirdir.

Artıq 28 il idi ki, əzəli torpaqlarımız olan Qarabağ eli başda Ali Baş Komandan olmaqla müzəffər ordumuz sayəsində qələbə çalaraq işğaldan azad etdik. Gözün aydın AZƏRBAYCAN!
Azərbaycan xalqı qələbə zəfərini bəxş edən Ali Baş Komandan İlham Əliyev cənablarına minnətdarlığını təcəssüm etdirir.

Müzəffər Ali Baş Komandan, Sizi müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Cənab Prezident Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz bir yumruq kimi birləşərək həmişə Sizi dəstəkləyəcək, bundan sonrada Sizin köməyiniz, dayağınız olacayıq. Mən qürur duyuram ki, Sizin kimi qalib Prezidentimiz var.
Türkan Gündüz: İlham Əliyev Azərbaycan tarixində iz qoyan qalib Sərkərdədir...

Yaşa Ali Baş Komandan, həmişə var olun!!!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter