Bakıda əsən güclü külək müxtəlif agacları aşırıb, maşınları əzib
- 06.11.2019, 03:53,
- Gündəm / Cəmiyyət / Sosial
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, Bakıda əsən güclü külək 2 gün ərzində 20-a yaxın agaclrı aşırıb, 3 maşına ziyan dəyibdir. Agacların aşma halları paytaxtın Nəsimi, Yasamal, Xətai, Binəqədi, Səbail və Nərimanov rayonlarında daha çox müşahidə olunubdur. Orxan Məmmədov onu da qeyd edibdir ki, hazırda Birliyin əməkdaşları agacların aşması ilə baglı güclü iş rejimində çalışırlar. Şöbə rəisi küləkli havalarnan baglı vətəndaşlara da diqqətli olmaqlarını,sürücülərin isə avtomobillərini hündür və gövdəli agacların altında saxlamamalarını tövsiyyə etmişdir.
Şöbə rəisi Orxan Məmmədov aşan agacların biri istisna olmaqla, qalananın saglam,inkişafda olan hündür agaclar oldugunu söyləyibdir. Aşan agacların şam, göyrüş, sərv, qovaq oldugunu da diqqətə çatdırıbdır.
Agacların birbaşa güclü küləklə aşmasının əlaqəli olmasını diqqətə çatdıran şöbə rəisi Orxan Məmmədov, Bakının iqlimi və torpagı burada agacların əkilməsinə də imkan vermir deyibdir.
Orxan M. onu da qeyd etmşdir ki, Bakıda güclü küləklər əsdiyindən əkilən agacların hündürlüyü 6-7 metrdən çox olmamalıdır. Eyni zamanda, Bakının torpagı münbit olmadıgı üçün agaclar möhkəm kök ala bilmir və buna görə də Bakıda ən yaxşı halda zeytun agacları əkilməlidir.
P.S. Bizdə sonda "Qanunyolu.info.az" xəbər portalinin kollektivi olaraq Orxan Məmmədova və onun işgüzar komandasına işlərində ugurlar arzulayır və onları Orxan müəllim başda olmaqla 9 Noyabr Azərbaycan Dövlət Bayraq günü münasibətilə səmimi qəlbdən təbrik edirik.
Hazırladı:Arif Süleymanlı


