Ərdoğan “Başakşəhir”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
- 08.12.2020, 03:25,
- Dünya / Xəbər
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə oyunda irqçiliyə məruz qalmış "Başakşehir" klubunun məşqçisi Pyer Veboya dəstək olub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, türkiyəli liderin tvitter paylaşımında deyilir:
“Təmsilçimiz “Başakşehir”in texniki komandasından Pyer Veboya qarşı irqçi fikirləri qəti şəkildə pisləyir və UEFA tərəfindən lazımi addımların atılacağına inanıram. Biz idmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrı-seçkiliyə qeyd-şərtsiz qarşıyıq”.
Paylaşımda #Notoracism həştəqi də qoyulub.
Daha əvvəl “Qarabağ” da Pyer Veboya dəstək olub.
Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyənin “Başakşəhər” klubu arasındakı qarşılaşma 14-cü dəqiqədən etibarən yarımçıq dayandırılıb. Buna oyunun 4-cü hakimi Sebastyan Kolteskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub.
