“Əl-Qaidə”nin ikinci adamı məhv edildi

  • 25.10.2020, 11:10,
  • Dünya
  • Baxılıb: 29
“Əl-Qaidə”nin ikinci adamı məhv edildi

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi bu gün “Əl-Qaidə” terror təşkilatının nüfuzlu nümayəndəsi Əbu Möhsün Əl-Məsrinin məhv edildiyini elan edib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi məlumata istinadən, təşkilatın Hindistan-Pakistan bölgəsində, eləcə də Əfqanıstanda ikinci şəxsi hesab edilən Əl-Məsri Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni əyalətində zərərsizləşdirilib.

Milli Təhlükəsizlik İdarəsi əməliyyatla bağlı hər hansı bir detalı açıqlamayıb.

Qeyd edək ki, Əl-Məsrinin adı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin dünyanın ən çox axtarılan terrorçuları siyahısında olub. Xarici terror təşkilatına üzv olmaq və ABŞ vətəndaşlarına sui-qəsd hazırlamaq ittihamı irəli sürüldükdən sonra 2018-ci ilin dekabrında ABŞ-da haqqında həbs qərarı çıxarılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter