Rusiyada son sutkada 12 mindən çox yoluxma - Yeni rekord
- 10.10.2020, 13:20,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada son sutka ərzində 12 846 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 285 084-ə çatıb. Son sutkada daha 77 nəfərin həlak olması ilə isə virus qurbanlarının sayı 22,454-ə yüksəlib.
Bundan əlavə, indiyədək 1 016 202 nəfər sağalıb. Ölkədə 246 428 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.