Kuba turizm üçün sərhədləri açır
- 19.06.2020, 13:00,
- Dünya
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Kuba iyulun 1-dən etibarən xarici turistlərin ölkəyə gəlişi üçün sərhədləri açacağını bildirib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Kubanın Mədəniyyət Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, iyulun 1-dən etibarən xarici turistlərə ölkənin şimal və cənub-şərqindəki beş mərcan adasında istirahət etməyə icazə veriləcək və həmçinin bilet satışları da bərpa olunacaq.
"İkinci mərhələdə Kayo-Larqo, Kayo-Koko, Kayo-Qilyermo, Kayo-Kruz və Kayo-Santa-Mariya adalarında beynəlxalq turizmə icazə veriləcək. Ölkəyə gələn xarici turistlər koronavirus üçün PCR analizi verəcək", - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Ölkənin bütün ərazisinin turistlər üçün üçüncü mərhələdə açılacağı bildirilib, lakin tarix hələ ki, dəqiqləşməyib.