Laricaninin həkim qızı universitetdəki işindən qovuldu

  • 25.01.2026, 20:30,
  • Dünya
  • Baxılıb: 12
Laricaninin həkim qızı universitetdəki işindən qovuldu

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı, həkim Fatimə Ərdəşir Laricani ABŞ-nin Emori Universitetindən qovulub.

“Qanunyolutv.az”, “Iran International”a istinadla xəbər verir ki, Əli Laricaninin qızının işinə son verilməsi barədə qərar artan siyasi təzyiqlər və ABŞ rəsmilərinin etirazlarından sonra qəbul edilib.

Universitetin nəzdindəki Vinşip Xərçəng İnstitutu (“Winship Cancer Institute”) həkimin artıq qurumun əməkdaşı olmadığını təsdiqləyib.

Qeyd edək ki, Fatimə Laricaninin universitetdən uzaqlaşdırılması ABŞ Maliyyə Nazirliyinin ötən həftə atası Əli Laricaniyə qarşı sanksiya tətbiq etməsi ilə eyni vaxta təsadüf edir. Belə ki, Vaşinqton Əli Laricanini İrandakı dinc etirazların qanlı şəkildə yatırılmasının əsas “memarlarından” biri və nümayişçilərə qarşı güc tətbiqinin koordinatoru kimi tanıyıb.

Xatırladaq ki, işdən çıxarılana qədər Emori Universiteti Tibb Məktəbində dosent vəzifəsində çalışan və ağciyər xərçəngi üzrə tədqiqatlar aparan Fatimə Laricaninin profili artıq universitetin rəsmi internet səhifəsindən silinib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter