Ermənistanda bir gündə daha 322 nəfər yoluxdu

  • 22.05.2020, 21:45,
  • Dünya
  • Baxılıb: 40
Ermənistanda bir gündə daha 322 nəfər yoluxdu












Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 322 nəfər artaraq 5928-ə çatıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 74-ə çatıb. Ümumilikdə 2 874 pasiyent müalicə olunaraq sağalıb.

2 952 xəstənin müalicəsi davam etdirilir, 47 654 insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter