Pakistanda 100-dən çox sərnişinin olduğu təyyarə qəzaya düşdü - Video+Yenilenib
- 22.05.2020, 21:41,
- Dünya
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistan Hava Yollarına məxsus “Airbus 320” tipli sərnişin təyyarəsi Karaçi Hava limanında qəzaya düşüb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, Lahor-Karaçi reysini həyata keçirən təyyarənin göyərtəsində 95 sərnişin və 8 ekipaj üzvü olub.
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
Yerli sakinlər təyyarənin yaşayış binasının üzərinə düşdüyünü bildiriblər.
***
Qəza yerində mülki rəhbərliyə və yanğınsöndürmə briqadasına kömək etmək üçün ordunun çevik mübarizə qüvvələri göndərilib.