ÜST haqqında beynəlxalq araşdırma aparılacaq - Koronavirusa görə

  • 20.05.2020, 21:06,
  • Dünya
  • Baxılıb: 22
ÜST haqqında beynəlxalq araşdırma aparılacaq - Koronavirusa görə












Birləşmiş Millətlər Təşkilatının (BMT) 194 üzv dövləti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı fəaliyyəti mövzusunda araşdırma aparılmasına qərar verib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, dünya miqyasında Covid-19-la mübarizənin davam etdiyi bir dövrdə ÜST-ün pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq ictimaiyyət arasında mübahisə və müzakirələrə səbəb olub. Belə ki, ÜST bu istiqamətdə fəaliyyətsizlikdə belə ittiham olunub. Bu səbəbdən bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən ÜST-ün illik toplantısına BMT ölkələri də qatılıb. Onlar virusun qaynağı və insandan insana necə yoluxması mövzusunda beynəlxalq araşdırmanın başladılmasına qərar veriblər.

BMT-yə üzv ölkələrin araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib.

Araşdırmanın başlayacağı tarix isə açıqlanmayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter