Tükiyədə karantin qaydaları yumşaldılır - Yaşlılar da küçəyə çıxa biləcək
- 04.05.2020, 23:51,
- Dünya
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirus epidemiyası səbəbindən tətbiq edilən karantin rejimi qaydaları yumşaldılacaq.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib. O, yumşalma qaydaları ilə bağlı ilk müjdəni 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlar üçün verib:
“Türkiyədə mayın 10-dan etibarən 65 yaşdan yuxarı şəxslər və 20 yaşdan aşağı vətəndaşlar ilk mərhələdə küçəyə çıxmaqla bağlı qadağanın olduğu günlərin birində 4 saatlıq çölə çıxmaq imkanı əldə edəcək. İcazənin ilk tətbiq edilməsi saat 11:00-dan 15:00 arasında gerçəkləşəcək.
20 yaş qrupu üçün isə qaydaların yumşalması isə iki qrup şəklində tətbiq ediləcək: 0-14 yaş qrupu həftə içində - mayın 13-də saat 11:00-15:00 arasında gəzmə məsafəsini saxlamaqla, 15-20 yaş qrupu isə mayın 15-də eyni şərtlər və saatlarda küçəyə çıxa biləcəklər”.
Ərdoğan fiziki məsafənin gözlənilməsinin, maskadan istifadəyə davam etməyin vacibliyini bir daha vurğulayaraq bu qaydaların yumşalmanın əsas şərtləri olduğunu deyib.
