Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Bu gün ziyarətində olduğumuz qazimiz Qədirov Qadir Asif oğludur. Onun haqqında sizə qısada olsa danışmaq və çəkdiyi sıxıntılarını sizlərlə bölüşmək istədim.

Qədirov Qədir Asif oğlu 1999-cu il aprelin 23-də Qaradag rayonu Lökbatan qəsəbəsində anadan olmuşdur. Orta təhsilini də elə bu qəsəbədə yerləşən 288 saylı orta məktəbdə almışdır. Təhsilini başa vurduqdan sonra isə Bakı Neft Energetika Kollecinə daxil olmuşdur. Kolleci bitirdikdən sonra Vətənə borcunu vermək üçün Hərbi Xidmətə yollanmışdır.
Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Qədir Mingəçevir N saylı hərbi hissədə qulluq edirmiş. 44 günlük Vətən Müharibəsinin ən ağır döyüşlərinin getdiyi bir dövrdə o, Tərtər rayonunun Suqovuşan istiqamətində gedən döyüşlərdə 30 ilə yaxın erməni işğalı altında olan Cənnət Qarabağ torpaqlarımızın azad edilməsi uğrunda erməni terrorçularına qarşı cəsurcasına döyüşərkən bədən nahiyyəsindən ağır yaralanır.
Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Hal-hazirda həmin güllə qəlpələrinin bəzisi ayaqda durmağa çalışan qazi qardaşımız Qədirov Qədirin bədən nahiyyəsindədir. Güllə qəlpələri qazimiz Qədirin onurğa sütununda yerləşdiyi üçün əməliyyat olunmağı həyatı üçün çox risklidir. Lakin buna baxmayaraq Qədirin valideynləri Vətən yolunda, torpağımız uğrunda düşmənimizə qarşı savaşan cəsur, igid oğulları ilə fəxr edir və onunla qürur duyurlar.
Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Onu da qeyd edim ki, qazimiz Qədirov Qədir Asif oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Cəsur döyüşçü" medali ilə təltif olunub.

P.S. Sonda bizdə kollektivimiz adından Vətənimiz uğrunda haqq savaşında gedən döyüşlərdə canına qıymadan özünü düşmən gülləsinə sipər edən igid və qəhrəman qazimiz Qədir qardaşımıza Allahdan şəfa diləyirik. Azərbaycan xalqı başda Ali Baş Komandan olmaqla qazilərimizin, şəhidlərimizin qanı, canı bahasını 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək, erməni faşizmi üzərində "Dəmir yumruq" olub qələbə qazandıq. Biz sizin kimi mərd, igid, qorxmaz, Vətənini, dövlətini, xalqını, millətini sevən qazilərimizin, canlarını Vətən, torpaq yolunda fəda edən şəhidlərimizin qarşısında baş əyirik.
#BizBirlikdəGüclüyük!
Qaradağ rayonu "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-yi və "Qanunyolu.info.az"-ın rəhbəri qazimizi ziyarət etdi.

Qaradağ rayonu üzrə"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İB-nin sədri
Elnarə Mustafayeva
"Qanunyolu.info.az"- Təsisçi və baş redaktor
Arif Süleymanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter