Bir vaxt mən də var oldum,
Yaxşılara yar oldum.
Əzrayılım gəlibdi,
Daha biixtiyar oldum."İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzi" İctimai Birliyin əməkdaşları Gəray müəllim, Maqsud müəllim, İradə xanım, Pərvanə xanım, Safurə xanım, Nigar xanım, Sevda xanım, Mayisə xanım, İlkanə xanım, Tofiq müəllim, operator Arzuman, Anar müəllim, Alim müəllim, Vidadi müəllim, Tahir müəllim, Vüqar müəllim, Süleyman müəllim, Səttar müəllim, İctimai Birliyin əməkdaşı Məhəbbət xanımın anası Nurcahan xanım Murtuzovanın ölümündən kədərləndiklərini bildirirlər.
Onun ailəsinə, yaxınlarına, qohumlarına dərin hüznlə baş sağlığı verərək, ona rəhmət diləyirlər.
"Qanunyolu.info.az" xəbər portalının rəhbəri Arif Süleymanlı başda olmaqla kolektivimiz adından da Məhəbbət xanıma, onun ailəsinə Allahdan səbr diləyir və ruhu şad olsun deyirik.
Məhəbbət xanım könlünüzdəki kədər bizimdə könlümüzün ən dərin yerindədir. Torpaqdan gəldik torpağa gedəcəyik, yaşadığımız həyatın hesabını torpaq da verəcəyik, acınızı ürəkdən paylaşırıq, dualarımızı qəlbdən edirik.
Mərhumə ananıza Allahdan cənnət məkanlar diləyirik. Rəbbimizdən geridə qalanlara da səbirlər diləyir, başınız sag olsun deyirik...
ALLAH RƏHMƏT ELƏSİN!