Milli Məclisin deputatı Fəttah Heydərov dünyasını dəyişdi
- 04.08.2020, 10:00,
- Cəmiyyət / Xəbər
Baxılıb: 36
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib."Qanunyolu.info.az" xəbər verir ki, mərhum Fəttah Heydərov bu gün səhərə yaxın həyata gözlərini yumub.
Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.
1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin,1995-ci ildən isə bütün çağırışlarda Azərbaycan Milli Məclisinin deputatı olub.
Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.
Allah rəhmət eləsin